"Maykl" filmi rekorda imza atıb

29 aprel 2026
"Maykl" filmi rekorda imza atıb

“Maykl” filmi dünya üzrə prokatda 217 milyon dollarla start götürdü — bu, bioqrafik filmlər tarixində ən yaxşı nəticədir.

Təkcə ABŞ-da Maykl Cekson haqqında film ilk həftəsonunda 97 milyon dollar toplayıb və həm “Straight Outta Compton” (60 milyon), həm də “Bohemian Rhapsody” (51 milyon) filmlərini geridə qoyub.

Beynəlxalq bazarlarda isə 120,4 milyon dollar gəlir əldə edilib.

Hazırda bu, 2026-cı ilin ikinci ən böyük açılışıdır. Antuan Fukua-nın filmi ABŞ prokatında ilk həftəsonunda “Super Mario: Galaktik Film”dən bir qədər az toplamışdı. Həmin film 131 milyon dollarla debüt etmişdi.

Qeyd edək ki, filmdə Maykl Cekson rolunu onun qardaşı oğlu Cəfər Cekson canlandırır.

Yazqan